Miqrasiya Xidmətindən gənclərə unikal imkan

  Miqrasiya Xidmətindən gənclərə unikal imkan
  07 Fevral 2019    Oxunub:4728
Dövlət Miqrasiya Xidməti gənclərlə təmaslarını artırmaq, könüllü əhatəsini genişləndirərək onları bu sahə ilə daha yaxından tanış etmək, dövlət idarəetməsi üzrə məlumatlandırmaq, bununla şəxsi inkişafları, gələcək karyera imkanları üçün onları Xidmətin fəaliyyətinə cəlb etmək, miqrasiya məktəbi çərçivəsində həyata keçirdiyi tədbirlərin əhatəsinin genişləndirilmək və bütövlükdə könüllülərlə sistemli əməkdaşlıq qurmaq məqsədilə bütün enerjili, bacarıqlı, vətənpərvər, yaradıcı və təşəbbüskar gəncləri “Miqrasiya könüllüsü” layihəsinə dəvət edir.
Dövlət Miqrasiya Xidməti komandasının üzvü olaraq Siz:

- Dövlət Miqrasiya Xidmətində təcrübə qazanacaq;

- Əcnəbi vətəndaşlarla sıx ünsiyyətdə olacaq;

- Miqrasiya proseslərini yaxından izləyəcək və iştirak edəcək;

- Gələcək karyera üçün biliklər əldə edəcək;

- Beynəlxalq tədbirlərdə iştirak etmək imkanı qazanacaq;

- Beynəlxalq təşkilatların fəaliyyəti ilə tanış olacaq, bu prosesdə iştirak imkanı qazanacaq;

- Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə təcrübə toplayacaq;

- yerli və xarici gənclərdən ibarət enerjili komandanın üzvü olacaq;

və yeni dostlar qazanacaqsınız.


Miqrasiya Könüllülərinin komandasına qoşulmaq istəyən gənclər CV-ni [email protected] email ünvanına göndərə bilərlər. Ətraflı məlumat almaq üçün (012) 562-53-01 nömrəsinə zəng vura bilərsiniz.

Azvision.az



Teqlər: Miqrasiya-Xidməti   Könüllü  





Xəbər lenti