Köçkün ailələrinə yeni mənzillər verilir

Köçkün ailələrinə yeni mənzillər verilir
  07 Fevral 2019    Oxunub:2140
Fevralın 7-də Sumqayıt şəhərində qəzalı və ağır şəraitdə yaşayan məcburi köçkün ailələrin Abşeron rayonu ərazisində yeni istifadəyə verilmiş müasir tipli yaşayış kompleksindəki mənzillərə köçürülməsinə başlanılıb.
Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə Dövlət Komitəsindən Azvision.az -a verilən məlumata görə, məcburi köçkün ailələri tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş mənzillərə köçürülüb. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi quraşdırılıb.



Dövlət vəsaiti hesabına inşa edilmiş kompleksdə yeni mənzilə köçürülən məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkür ediblər.



Xatırladaq ki, kompleksdəki 1000 mənzilin 77-si birotaqlı, 420-si ikiotaqlı, 406-sı üçotaqlı, 96-sı isə dördotaqlıdır. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görülüb. Qəsəbə bütün zəruri infrastruktur obyektləri ilə təmin edilib.



Azvision.az


Teqlər: Sumqayıt   Ev   Qaçqınkom  





Xəbər lenti