Nazir Şirvanda qəbul keçirəcək

Nazir Şirvanda qəbul keçirəcək
  07 Fevral 2019    Oxunub:1628
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov fevralın 8-də Şirvanda vətəndaşları qəbul edəcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qəbulda Şirvan, Hacıqabul, Neftçala, Saatlı, Sabirabad, Salyan şəhər və rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Şirvan Gənclər evində (Şirvan şəhəri, Naxçıvan küçəsi 1B) başlayacaq. Qəbula gəlmək istəyən vətəndaşlar Şirvan (055 333-40-04), Hacıqabul (055 257-47-90), Neftçala (050 320-42-42), Saatlı (055 211-56-50), Sabirabad (050 206-86-77), Salyan (055 200-66-65) şəhər və rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

Azvision.az


Teqlər: Azad-Rəhimov   Qəbul  





Xəbər lenti