Prezident tədbirlər planını təsdiq edib

Prezident tədbirlər planını təsdiq edib
  07 Fevral 2019    Oxunub:1320
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Azvision.az xəbər verir ki, sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirmək, nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Azvision.az



Teqlər: İlham-Əliyev  





Xəbər lenti