Sarkisyan yenidən dindirildi - Bu dəfə 4 saat

Sarkisyan yenidən dindirildi -   Bu dəfə 4 saat
  08 Fevral 2019    Oxunub:2467
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan 10 nəfərin ölümü, 250 nəfərin yaralanması ilə nəticələnmiş 1 mart hadisələri ilə əlaqədar yenidən Xüsusi İstintaq Xidmətində dindirilib.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, təkrar dindirilmə 4 saat çəkib. Ermənistan Xüsusi İstintaq Xidməti isə bu barədə şərh verməyib.

Qeyd edək ki, Serj Sarkisyan fevralında 4-də Xüsusi İstintaq Komitəsində 5 saat ifadə vermişdi. Onun təkrar dindiriləcəyi istisna edilmirdi.

Xatırladaq ki, Ermənistanda prezident seçkilərindən sonra 1-2 mart 2008-ci il tarixində Levon-Ter-Petrosyanın tərəfdarları Mərkəzi Seçki Komissiyasının nəticələrini tanımaqdan imtina edərək etiraz aksiyaları keçiriblər. Onlara qarşı döyüş silahları tətbiq olunub. Nəticədə 10 nəfər ölüb.

Azvision.az


Teqlər: Sarkisyan  





Xəbər lenti