İstanbulda bina çöküb: 11 nəfər ölüb (Yenilənib)

  08 Fevral 2019    Oxunub : 1490
İstanbulda bina çöküb: 11 nəfər ölüb (Yenilənib)
İstanbulda yaşayış binasının dağıntıları altından daha 1 nəfərin cəsədi tapılıb. Bununla da binanın çökməsi nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
İstanbul valiliyinin yaydığı məlumata görə, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Əməliyyatların gedişində dağıntılar altından 13 nəfər sağ çıxarılıb.

Xatırladaq ki, hadisə fevralın 6-da baş verib. Yeddi mərtəbəli binadakı 14 mənzildə 43 nəfərin qeydiyyatda olduğu bildirilir. Hadisənin səbəbləri araşdırılır.

Azvision.az

Teqlər: İstanbul   Bina   Uçqun