Sərxoş sürücülərin törətdiyi qəzalar: 27 ölü, 36 yaralı

  07 Fevral 2019    Oxunub : 816
 Sərxoş sürücülərin törətdiyi qəzalar: 27 ölü, 36 yaralı
2018-ci ildə nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 49 hadisə baş verib.
Bu barədə Azvision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, qəzalar nəticəsində 27 nəfər ölüb, 36 nəfər yaralanıb. Belə hadisələrin 63,3 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Azvision.az


Teqlər: Statistika   Qəza   Sürücü