Nazirlik daha bir kasıb ailəyə kömək etdi

 Nazirlik daha bir kasıb ailəyə kömək etdi
  08 Fevral 2019    Oxunub:1668
Bəzi saytlarda Gəncə şəhərinin "Aliminiumçular bağ massivi” adlandırılan ərazisində məskunlaşan bir ailənin çətin şəraitdə yaşaması barədə məlumatlar yayımlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Azvision.az -a bildirilib ki, ilk növbədə ailə başçısı Taleh Məmmədovun işlə təminatına köməklik üçün o, yerli Məşğulluq Mərkəzinə dəvət edilib.

T.Məmmədova “İşsizin DOSTu” proqramı çərçivəsində ödənişli ictimai işə cəlb edilməsi təklif olunub. Vətəndaş razılaşaraq onunla əmək müqaviləsi bağlanılıb. Artıq o, işsiz deyil.

Eyni zamanda ailənin aztəminatlı olduğu nəzərə alınmaqla ünvanlı sosial yardımla təmin olunması üçün hüquqları və müraciət prosedurları izah olunub. Ailənin təmsilçisi tərəfindən sosial yardım üçün e-qaydada müraciət olunacaq. Bunun üçün ona texniki köməklik də göstəriləcək.

Azvision.az


Teqlər: ƏƏSMN   İş  





Xəbər lenti