Azərbaycan nefti ucuzlaşıb

  08 Fevral 2019    Oxunub : 720
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan neftinin qiyməti ucuzlaşıb.
Azvision.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,38 dollar ucuzlaşaraq 63 dollar təşkil edib.

Dünya birjalarında da neftin qiyməti ucuzlaşır. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,37 dollar geriləyərək 61,26 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,37 dollar ucuzlaşaraq 52,27 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft   Qiymət