Ölkəyə qanunsuz gətirilən telefonlar müsadirə edilib

Ölkəyə qanunsuz gətirilən telefonlar müsadirə edilib
  08 Fevral 2019    Oxunub:1837
Ölkəyə qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Azvision.az -a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməliyyat şöbəsinə daxil olan məlumat əsasında “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn “Hundai Sonata” markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.



Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin motor yerindən bir ədəd “Samsung Galaxy J6”, bir ədəd “Redmi Note 6 pro” markalı mobil telefonlar və 5 ədəd mobil telefon qutuları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Telefon  





Xəbər lenti