Azərbaycanlılar Gürcüstanda etiraz aksiyası keçirib - VİDEO

Azərbaycanlılar Gürcüstanda etiraz aksiyası keçirib -  VİDEO
  08 Fevral 2019    Oxunub:5533
Gürcüstanın Axalkalaki bələdiyyəsinin Buqaşen kəndində Dağlıq Qarabağda dinc azərbaycanlı əhalini qətlə yetirmiş "Kobra” ləqəbli terroçu Mikail Avakyana abidə qoyulması ilə əlaqədar etiraz aksiyası keçirilib.

Azvision.az xəbər verir ki, Gürcüstan parlamentinin binası qarşısında baş tutan etiraz aksiyasında azərbaycanlılarla yanaşı gürcülər də iştirak ediblər.
Əllərində Gürcüstan və Azərbaycan bayraqlarını tutan etirazçılar Mikail Avakyanın abidəsinin sökülməsini tələb ediblər.

Bildirilib ki, separatçıya Gürcüstan ərazisində abidə qoyulması təxribatdır. Çıxışçılar bu təxribatın qarşısını almaq üçün Gürcüstan hökumətinə çağırış ünvanlayıblar.



Azvision.az



Teqlər: Gürcüstan   Aksiya  





Xəbər lenti