Mərdəkan-Qala yolunun tikintisi yekunlaşıb

Mərdəkan-Qala yolunun tikintisi yekunlaşıb
  08 Fevral 2019    Oxunub:1196
Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5,4 kilometrlik Mərdəkan-Qala hissəsinin bərpası yekunlaşıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a verilən məlumata görə, yol ikinci texniki dərəcəyə uyğun bərpa olunub. Kommunikasiya xətlərinin keçirilməsi üçün yolun altından 350 millimetr diametrində və 190 poqonmetr uzunluğunda ehtiyyat borular atılıb. İri və xırda dənəli olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtüyünün döşənməsi işləri təqribən 60 min kvadratmetr sahəni əhatə edib.

“Zəruri yerlərdə 2650 poqonmetr uzunluğunda səkilərin inşası və kənarlarına səki daşlarının düzülməsi, yolun 630 metrlik məsafəsində 4 hərəkət zolağı olduğu üçün ayrıcı zolağın tikintisi və üzərinə 810 kvadratmetr sahədə tamet daşların döşənməsi işləri də aparılıb”, - deyə AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib.

Yolun işıqlandırma sisteminin qurulmasına və yol birləşmələrinin təmirinə əsasən yol boyu 154 ədəd işıq dirəyi quraşdırılıb, 1200 kvadratmetr sahədə yol ayrıcı və yol birləşmələri təmir edilib. Bərpa işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün 34 yol nişanı və məlumatverici lövhələr quraşdırılıb, 15 kilometr uzunluğunda yolcizgi və yol göstərici xətlər, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.

Azvision.az



Teqlər: Yol   Təmir  





Xəbər lenti