Ermənistan “bankrot ölkə” statusu alacaq
Azvision.az xəbər verir ki, bunu Ermənistanın nüfuzlu “Jamanak” qəzeti ölkənin bank sistemindəki etibarlı mənbəsinə istinadən yazıb.
Həmçinin vurğulanıb ki, bu gün baş nazir Nikol Paşinyanın növbədənkənar parlament seçkilərindən sonra formalaşan yeni hökumət proqramını parlamentə təqdim edərkən səsləndirdiyi “bu gündən etibarən Ermənistanda iqtisadi inqilab dövrünün başlandığını elan edirik” bəyanatı ölkənin mövcud valyuta ehtiyatları və hazırkı inkişaf reallıqları ilə tərs mütənasibdir. Çünki “investisiya və bir sıra digər problemlərlə üzləşən Ermənistanda iqtisadiyyatın bütün sahələrində geriləmə, bank sektorunda ciddi valyuta çatışmazlığı və dövlət borcunun durmadan artması uzun illərdir ekspertlərin Ermənistanın bankrot ölkəyə çevriləcəyilə bağlı verdikləri proqnozun reallaşacağı günü daha da yaxınlaşdırır”.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Ermənistan MərkəziBank Dram