İstanbulda çökən binada ölənlərin sayı 15-ə çatıb

  08 Fevral 2019    Oxunub : 929
 İstanbulda çökən binada ölənlərin sayı 15-ə çatıb
İstanbulda yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, uçqun altından xilas edilən 14 nəfərdən 13-nün müalicəsi davam edir. Onlardan 7-si reanimasiya şöbəsindədir.

Xatırladaq ki, fevralın 6-da İstanbulda 7 mərtəbəli yaşayış binası çöküb. Binadakı 14 mənzildə 43 nəfər qeydiyyatda olub. Uçqunun hansı səbəbdən baş verdiyi məlum deyil. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Azvision.az

Teqlər: İstanbul