“Bakı Metropoliteni” nöqsanları aradan qaldırır

“Bakı Metropoliteni” nöqsanları aradan qaldırır
  09 Fevral 2019    Oxunub:1600
2018-ci il ərzində "Bakı Metropoliteni" QSC-də rəhbər işçilər tərəfindən 662 vətəndaşın və 1022 metropoliten əməkdaşının qəbulu həyata keçirilib.
Azvision.az QSC-yə istinadən xəbər verir ki, vətəndaşların qəbulu zamanı qanunla müəyyən edilmiş qaydada və müddətdə müraciətlərə baxılır, yerində həlli mümkün olan məsələlərlə bağlı struktur rəhbərlərinə müvafiq tapşırıqlar verilir.

Qeyd edilib ki, bununla yanaşı, vətəndaşların qəbulunun təşkilində müəyyən nöqsanlar mövcuddur.

“Bakı Metropoliteni” QSC sədrinin tapşırığına əsasən, bu sahədə işin daha effektiv aparılması, müraciətlərin obyektiv araşdırılması, cavablandırılması və vətəndaşların qəbulunun səmərəli təşkil edilməsi üçün cədvəllərdə qəbul vaxtları ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması istiqamətində müvafiq işlərə başlanılıb.

Azvision.az



Teqlər: Bakı-Metropoliteni  





Xəbər lenti