Kür çayında suyun səviyyəsi azalıb

Kür çayında suyun səviyyəsi azalıb
  09 Fevral 2019    Oxunub:1491
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 50-150, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-90 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, fevralın 8-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 1 santimetr artıb. Hazırda məntəqədə su sərfi saniyədə 125 kubmetr olmaqla ongünlük normanın 75 faizini təşkil edir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 3 santimetr azalıb. Hazırda məntəqədə su sərfi saniyədə 64 kubmetr təşkil etməklə normanın 93 faizinə bərabərdir.

Fevralın 8-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma qeydə alınıb. Belə ki, suyun səviyyəsi Kür çayının Surra və Şirvan məntəqələrində 2, Bankə və Salyanda 1 santimetr azalıb, Araz çayının Novruzlu məntəqəsində isə 2 santimetr artıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 419, Şirvanda 301, Salyanda 266, Bankədə 235, Araz çayının Novruzlu məntəqəsində isə 155 santimetrə bərabərdir.

Azvision.az



Teqlər: ETSN   Çay  





Xəbər lenti