Göytəpə Sərhəd Dəstəsinin qarnizonunda seminar keçirilib - Fotolar

Göytəpə Sərhəd Dəstəsinin qarnizonunda seminar keçirilib -    Fotolar
  09 Fevral 2019    Oxunub:5539
Dövlət Sərhəd Xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə tədbirlər planına uyğun olaraq fevral ayının 7- də Göytəpə Sərhəd Dəstəsinin qarnizonunda “Vətən sərhəddən başlayır – sərhədlərimiz milli dəyərimizdir” mövzusunda seminar keçirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Azvision.az -a verilən məlumata görə, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi ərəfəsində keçirilən seminardan öncə hərbi qulluqçular və dəvət olunmuş qonaqlar hərbi hissədə Heydər Əliyev İdeoloji Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən zəngin foto-ekspozisiya ilə tanış olmuş və Dahi Öndərin əziz xatirəsini yad edərək büstü önünə gül dəstələri düzüblər.



Dövlət Himninin səsləndirilməsi ilə başlanan seminarda Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bəbirovun iştirakı ilə keçirilən seminarda bildirilib ki, bu tədbirin keçirilməsində əsas məqsəd ölkəmizdə vətənpərvər və sağlam düşüncəli gənclərin yetişdirilməsi, onları Vətəninə, onun sərhədlərinə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə və milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə etmək, gənclərdə sərhədçi peşəsinə marağı artırmaq, eləcə də dini fanatizm, radikalizm və ekstremizm meyillərinə qarşı preventiv tədbirlərlərin həyata keçirilməsidir.



Tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət sərhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərini, böyük dövlət xadiminin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırılmasını, Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsinin mühafizəsinin DSX-nın Sərhəd Qoşunlarına həvalə olunmasının isə şərəf və qürur olmaqla yanaşı eyni zamanda Ali Baş Komandanın Azərbaycan sərhədçisinə olan etimad və etibarının ifadəsi kimi dəyərləndiriblər.



Eyni zamanda sərhədlərimizin mühafizəsinin təşkili zamanı şücaət göstərmiş sərhədçilərimizin qəhrəmanlıqlarından danışılmış və onların göstərdikləri igidliklər hər bir gəncə, sərhədçiyə örnək olması xüsusi olaraq vurğulanıb. Seminarda dini amillərdən yararlanaraq radikallığa cəhd göstərən qüvvələrə qarşı mübarizədə hamının, xüsusən gənc nəslin sayıqlıq göstərməsinin zəruriliyi vurğulanıb. Tədbirin sonunda dini radikalizmin törətdiyi fəsadlara həsr edilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.





Azvision.az


Teqlər: DSX  





Xəbər lenti