“Mənim adım Autizmdir” adlı seminar keçirilib

“Mənim adım Autizmdir” adlı seminar keçirilib
  09 Fevral 2019    Oxunub:3070
BMT Gürcüstan Assosiasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə, eləcə də Y-Peer Azərbaycan təşkilatının texniki dəstəyilə Azərbaycanda “Gənclərin inkluziv iştirakçılığı” proqramı həyata keçirilir. Bu proqram çərçivəsində “Mənim adım Autizmdir” adlı seminar keçirilib.
Fevralın 7-si və 8-i tarixlərini əhatə edən 2 günlük intensiv seminarda layihə rəhbəri və ictimai fəal Türkan Məmmədli, “Autizm-Defektoloji və Psixoloji Yardım Mərkəzi “İctimai Birliyinin sədri Çiçək Məmmədli, Nəfəs Psixonevroloji Mərkəzinin Baş Mütəxəssisi Xalidə Həsənova və gənc fəal Turanə Nuriyeva çıxış ediblər.

“İnanıram ki, bu seminar, iştirakçıların Autizm Sindromundan əziyyət çəkən uşaqlar haqqında və onların valideynlərinin üzləşdiyi problemlər, eləcə də hazırkı rehabilitasiya mərkəzlərinin təklif etdiyi imkanlar haqqında geniş məlumat əldə etmələri baxımından faydalı olub. Ümid edirəm ki, seminar iştirakçıları bizim çatdırmaq istədiyimiz mesajı öz dostları ilə də paylaşacaq və bu zəncirin davam etməsinə töhvə verəcəklər”, - Türkan Məmmədli deyib.

Seminar zamanı iştirakçılar qeyri-formal təhsil metodları vasitəsilə Autizm və onun əlamətləri, səbəbləri, Autizm sindromlu uşaqların valideynlərinin maariflənmə səviyyəsi, Azərbaycanda fəaliyyət göstərən Autizm rehabilitiasiya mərkəzlərinin effektivlik dərəcəsi və sosial inkluzivlik mövzuları müzakirə olunub.

Azvision.az



Teqlər: Seminar  





Xəbər lenti