Hacıqabulda avtomobil zavodunun təməli qoyuldu - FOTOLAR

Hacıqabulda avtomobil zavodunun təməli qoyuldu -  FOTOLAR
  09 Fevral 2019    Oxunub:9060
Bu gün Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin və səfir Polad Bülbüloğlu iştirak ediblər.



Bildirilib ki, zavodda kiçik tonnajlı avtomobillərin istehsalı nəzərdə tutulur. Sənayə məhəlləsində zavodun tikintisi 2020-ci ilin ortasında başa çatacaq. Dəyəri 14 milyon manat olan zavodun illik istehalı 1000 avtomobil təşkil edəcək. İlkin mərhələdə zavodda 100 nəfər işlə təmin olunacaq. Zavodda "Qazel", Qazel Biznes", "Qazel Next" və xüsusi texnika maşın modelləri istehsal olunacaq



Sonra nazirlər zavodda istehsal edilməsi nəzərdə tutulan avtomobil modelləri və Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar.



Qeyd edək ki, ötən ilin aprel ayında Rusiyanın “QAZ” ASC və “Azərmaş” ASC arasında kiçiktonnajlı avtomobillərin Azərbaycanda yığılmasına dair uzunmüddətli əməkdaşlıq haqqında memorandum imzalanıb, noyabr ayında isə avtomobil zavoduna Hacıqabul Sənaye Məhəlləsinin iştirakçısı statusunu təsdiq edən şəhadətnamə verilib. Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun qurulması köməkçi sənaye istehsalı və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır.



Xatırladaq ki, hazırda Neftçala Sənaye Məhəlləsində “Azərmaş” ASC və “İran Khodro” şirkəti birgə “Xəzər” avtomobillərini istehsal edir.










Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az


Teqlər: Maşın   Hacıqabul  





Xəbər lenti