“Biz işçiləri və onların gələcəyini qoruyuruq" - Sahil Babayev

 “Biz işçiləri və onların gələcəyini qoruyuruq" -  Sahil Babayev
  09 Fevral 2019    Oxunub:2831
"Minimum əməkhaqqının özəl sektorda artırılmasının neqativ bir effektini görmürük".

Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazirin sözlərinə görə, reallıq ondan ibarətdir ki, heç də böyük bir qism 130 manata işləmirdi.
"Sadəcə 130 manatlıq əməkhaqqı rəsmiləşdirilirdi, digər hissə qeyri-rəsmi şəkildə ödənilirdi. Biz bu leqallaşdırma tələbini gətirməklə işçiləri və onların gələcəyini qoruyuruq", - deyə S.Babayev vurğulayıb.

Qeyd edək ki, ötən gün prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 50 manat (38,4%) artırılaraq 130 manatdan 180 manata çatdırılır.

Azvision.az


Teqlər: Sahil-Babayev   Nazir  





Xəbər lenti