Sərnişin avtobusu "Mercedes"lə toqquşdu

  09 Fevral 2019    Oxunub : 1035
Sərnişin avtobusu "Mercedes"lə toqquşdu
Qusar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Azvision.az xəbər verir ki, hadisə BakıQuba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 191-ci kilometrliyində qeydə alınıb. Belə ki, Qusar-Xudat marşrutu üzrə hərəkət edən "Hyundai" markalı sərnişin avtobusu ilə "Mercedes" markalı avtomobil toqquşub.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Qəza