Həftənin ilk gününə gözlənilən hava şəraiti

   Həftənin ilk gününə gözlənilən hava şəraiti
  10 Fevral 2019    Oxunub:2647
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti, Bakıda gecə 3-5° isti, gündüz 6-8° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağışda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti təşkil edəcək.

Azvision.az



Teqlər: ETSN   Hava   Proqnoz  





Xəbər lenti