Bir ildə 568 əsər qeydiyyatdan keçirilib

 Bir ildə 568 əsər qeydiyyatdan keçirilib
  11 Fevral 2019    Oxunub:1846
Ötən il ərzində 333 müəllifin 568 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 574 şəhadətnamə verilib, o cümlədən "Elektron xidmət" bölməsi vasitəsi ilə müəlliflərin 21 müraciəti əsasında 16 əsər qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 16 şəhadətnamə verilib
Azvision.az xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyin İdarə Heyətinin sədri Kamran İmanov deyib.

K.İmanov bildirib ki, 2018-ci ildə 15 müqavilə qeydiyyatdan keçirilib: "Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-ci ildən 2019-cu ilin 1 yanvar tarixinədək Agentlikdə bütövlükdə 12122 əsəri və əlaqəli hüquqların obyektləri, o cümlədən "Elektron xidmət" bölməsi vasitəsilə 97 müəllifin 193 əsəri qeydiyyatdan keçirilib".

Sədr qeyd edib ki, ÜDM-də müəllif hüququna əsaslanan neqativ sənayenin payı getdikcə artıb: "Son 10 ildə ölkənin ÜDM-də müəlliflik hüququna əsaslanan neqativ sənayenin payı 2007-ci ildə 3,3 faizdən 2018-ci ilin 1 yanvarında olan vəziyyətə görə 5,1 faizə çatıb. 2017-ci ildə Azərbaycanda müəlliflik hüququna əsaslanan sahələrdə istehsalın həcmi 3549,1 mln.manat təşkil edib".

Aytən Zəhra
Azvision.az



Teqlər: Kamran-İmanov  





Xəbər lenti