Traktoru qaçırmaq istəyən erməni təkərin altında qaldı

Traktoru qaçırmaq istəyən erməni təkərin altında qaldı
  11 Fevral 2019    Oxunub:2559
Rusiyada yaşayan Ermənistan vətəndaşı Moskvanın Zelenoqrad inzibati dairəsində dünyaca məşhur “Caterpillar” şirkətinin istehsalı olan yük traktorunu qaçırmaq istəyərkən tamahının qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə “Moskva” agentliyi Rusiya hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Qeyd olunur ki, Ermənistan vətəndaşı fevralın 7-si gündüz vaxtı yük traktorunu qaçırmaq üçün nəqliyyat vasitəsini saxlayan dəstəyi yerindən tərpədib, lakin bu zaman yük traktoru hərəkətə gəlib. Nəticədə, traktorun təkərləri altında qalan erməni qasıq və digər çanaq sümükləri qırılıb.

Oğurluğa cəhd edən Ermənistan vətəndaşına xəstəxanada tibbi yardım göstərilib və hazırda polis nəzarəti altındadır. Faktla bağlı araşdırma aparılır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan   Rusiya  





Xəbər lenti