Həsən Ruhani: “İran hərbi gücünü daha da artıracaq”

  11 Fevral 2019    Oxunub : 720
Həsən Ruhani: “İran hərbi gücünü daha da artıracaq”
“Düşmən ölkələrin artan təzyiqlərinə baxmayaraq, İran özünün hərbi gücünü və ballistik raket proqramını genişləndirməkdə qərarlıdır”
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu İran pezidenti Həsən Ruhani İran İslam İnqilabının 40 illiyi münasibətilə paytaxt Tehrandakı Azadlıq meydanında on minlərlə insanın qarşısında çıxış edərkən deyib.

“Biz müxtəlif növ raketlərimizi inkişaf etdirmək üçün indiyədək heç kəsdən icazə almamışıq və bundan sonra da almayacağıq. Biz öz yolumuzu və hərbi gücümüzü artırmağa davam edəcəyik” – Ruhani bəyan edib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: İran