Suriyada dinc sakinlərə hücum edilib - Ölənlər var

Suriyada dinc sakinlərə hücum edilib -  Ölənlər var
  11 Fevral 2019    Oxunub:1999
ABŞ-ın başçılığı altındakı beynəlxalq koalisiya qüvvələrinin Suriyanın şərqindəki Deyr-əz-Zor əyalətinin Baquz yaşayış məntəqəsindəki evlərə endirdiyi hava zərbələri nəticəsində 4 dinc sakin həyatını itirib.
Azvision.az xəbər verir ki, bu barədə Suriyanın “SANA” dövlət informasiya agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Qeyd edək ki, ötən həftənin şənbə günündən etibarən ABŞ-ın dəstəklədiyi və əsasən kürd silahlılarından ibarət Suriya Demokratik Qüvvələrinin Baquz kəndinə hücumları başlayıb.

Kürdlərin rəsmi nümayəndəsinin “Reuters”ə verdiyi məlumata görə, Baquz İŞİD-in əlində olan son məntəqədir və koalisiyanın havadan dəstəyi ilə buranı terrorçulardan azad edəcəklər. Onlar həmçinin, bunun Suriya ərazisində İŞİD-ə qarşı son hücum olduğunu deyiblər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Deyr-əz-Zor   Suriya   ABŞ  





Xəbər lenti