Zahid Oruc yeni yaradılan quruma rəhbər təyin edildi

  11 Fevral 2019    Oxunub : 15755
 Zahid Oruc yeni yaradılan quruma rəhbər təyin edildi
Prezident İlham Əliyev deputat Zahid Orucun Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azvision.az-ın məlumatına görə, sərəncamla Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi Prezident İlham Əliyevin fərmanı ilə fevralın 8-də yaradılıb.

Azvision.az

Teqlər: Zahid-Oruc