Bakıda oğru ev sahibini bıçaqladı

  12 Fevral 2019    Oxunub : 889
 Bakıda oğru ev sahibini bıçaqladı
DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə yanvarın 19-da Zığ qəsəbəsi ərazisində baş vermiş quldurluq faktı barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla qəsəbə ərazisindəki evlərin birinə pəncərənin şüşəsini sındırmaq yolu ilə girmiş şəxsin oradan 20 manat pul və gümüş əşyalar götürdükdən sonra ev sahibi ilə rastlaşdığından onun qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etməsi müəyyən edilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş N.Mustafazadə müəyyən edilərək polis əməkdaşları tərəfindəın saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun 2 evdən televizor və kompyuter oğurlaması da müəyyən edilib. Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN