Lotereyada 10 milyon udmuşdu, indi dilənçidir - FOTO

  12 Fevral 2019    Oxunub : 4428
 Lotereyada 10 milyon udmuşdu, indi dilənçidir - FOTO
2002-ci ildə lotereyada on milyon funt-sterlinq udmuş Böyük Britaniya vətəndaşı Maykl Kerroll 10 il ərzində bütün pulu xərcləyərək dilənçi vəziyyətinə düşüb.
Britaniyanın “The Sun” nəşrinin yaydığı məlumata görə, Maykl udduğu pulu alandan sonra böyük imarətdə daim hay-küylü məclislər qurub.

“Mənim on milyonum on ilə əriyib yox oldu. Mənim artıq nə evim var, nə də maşınım. Lakin mən kədərlənmirəm. Yüngül qazanc yüngül də xərclənər”, - deyə bildirib.

Hazırda Kerroll çörək pulu qazanmaq üçün odun yarır, kömür kisələri daşıyır.



Azvision.az

Teqlər: Dilənçi