Bakıda daha bir “ASAN Kommunal” mərkəzi açılacaq

 Bakıda daha bir “ASAN Kommunal” mərkəzi açılacaq
  13 Fevral 2019    Oxunub:8632
"Bu il paytaxtda 3 saylı "ASAN Kommunal" xidmət istifadəyə veriləcək".

Bu barədə Azvision.az -a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev məlumat verib.
Onun sözlərinə görə, hazırda "ASAN Kommunal" xidmət mərkəzlərinə müraciətlərin sayı çoxdur: "Bu baxımdan paytaxtda daha bir "ASAN Kommunal" xidmət mərkəzi istifadəyə veriləcək. Xidmətlərimizin vətəndaşlarımıza daha əlçatan olmasını təmin edəcəyik".



Qeyd edək ki, hazırda Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Anar Kəlbiyev
Azvision.az




Teqlər: ASAN-Kommunal  





Xəbər lenti