Qubanın Uşaq Təhsil Mərkəzləri - FOTOREPORTAJ

  Qubanın Uşaq Təhsil Mərkəzləri -    FOTOREPORTAJ
  13 Fevral 2019    Oxunub:8089
Bu gün Təhsil Nazirliyi tərəfindən Quba rayonuna mediatur təşkil olunub.

Azvision.az xəbər verir ki, mediatur çərçivəsində jurnalistlər öncə şəhid İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində fəaliyyət göstərən İcma əsaslı Uşaq Təhsil Mərkəzi ilə tanış olublar.
Məlumat verilib ki, Təhsil İnstitutunun Avropa İttifaqının maliyyə dəstəyi əsasında həyata keçirilən “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində fəaliyyət göstərən mərkəzdə məşğələlərə 3-4 yaşlı 22 uşaq cəlb olunub.



Layihəyə uyğun olaraq, mərkəzdə dərslər hər biri 2-2,5 saat olmaqla həftədə 4 dəfə təşkil olunur. Dərslər yerli və eston mütəxəssislərdən ibarət işçi qrup tərəfindən hazırlanmış proqram əsasında keçirilir. ​​​Mediatur iştirakçıları mərkəzdə keçirilən məşğələləri, həmçinin müəllimlərin işə qəbulu üzrə müsabiqədə yüksək bal toplayan və həvəsləndirmə tədbirləri çərçivəsində burada çalışan müəllimlərin dərslərini izləyiblər. ​



Bildirilib ki, Qəçrəş kənd tam orta məktəbi 2006-cı ildə Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi əsasında tikilib. Hazırda məktəbdə təhsil alan 409 şagirdin təlim-tərbiyəsi ilə 38 nəfər pedaqoji işçi məşğul olur. Məktəbəhazırlıq qruplarında isə 36 uşaq təhsil alır.



Daha sonra jurnalistlər 2-ci Nügədi kənd 3 nömrəli tam orta məktəbdə yaradılan İcma əsaslı Uşaq Təhsil Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Məlumat verilib ki, mərkəzdəki məşğələlərə 20 nəfər 3-4 yaşlı uşaq cəlb edilib. Proqrama əsasən, məşğələlər zamanı uşaqların 4 inkişaf dinamikası - sosial emosional inkişaf, idrak və ümumi bilik, yaradıcı və fiziki inkişafı izlənilir.



Mediatur iştirakçılarına bildirilib ki, 2-ci Nügədi kənd 3 nömrəli tam orta məktəb 1964-cü ildə yaradılıb, 2012-ci ildə məktəb üçün yeni bina tikilib. Hazırda məktəbdə 334 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 29 müəllim məşğul olur.



Təhsil İnstitutunun Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirdiyi “İcma qrupları vasitəsilə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması” layihəsi çərçivəsində fəaliyyət göstərən İcma əsaslı Uşaq Təhsil mərkəzləri 10 bölgəni: Ağcabədi, Biləsuvar, Cəlilabad, Goranboy, Masallı, Sabirabad, Salyan, Şəmkir, Quba və Xaçmaz rayonlarını əhatə edir. Layihə çərçivəsində bölgələrdəki ucqar kəndlər və sərhəd zonası da daxil olmaqla ümumilikdə 50 İcma əsaslı Məktəbəqədər Təhsil Mərkəzi fəaliyyyətə göstərir. Hər mərkəzdə orta hesabla 20 nəfər 3-4 yaşlı uşaq olmaqla ümumilikdə 1000 nəfərə yaxın uşaq məktəbəqədər təhsilə cəlb edilib.



Layihənin əsas məqsədi icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyini artırmaq və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.































Aytən Zəhra
FOTO: Şahin Sərdarov

Azvision.az



Teqlər: Quba   Məktəb   Qəçreş  





Xəbər lenti