Əflatun Amaşov: “Hər dövlət başçısı bunu bacarmır”

  13 Fevral 2019    Oxunub : 876
 Əflatun Amaşov: “Hər dövlət başçısı bunu bacarmır”
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Real TV-yə müsahibəsində səsləndirdiyi fikirləri ilk növbədə onun ölkə mediasına verdiyi dəyər kimi qiymətləndirirəm. Bunu dövlət başçısının özü də vurğuladı”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

“Həmkarımız Mirşahin Ağayevin suallarına cavabları onu da deməyə əsas verdi ki, Prezident ölkədə həyatın bütün sahələrini incəliklərinə qədər duyur. O cümlədən medianın missiyasını dövlət idarəçiliyindəki vacib vasitə kimi görür. Bu, jurnalistikamızın bu gününə, keçdiyimiz yola müstəsna qiymətdir.

Dövlət başçısı həssasdır. Müsahibəsində bu həssaslığın ən müxtəlif tərəflərini hiss etdim. Prezidentin hər sözü fəaliyyət platformasıdır, gələcək üçün təminatdır. Onun hər fikrinə Vətən, vətəndaş naminə çalışmaq əzmi, prinsipiallıq və qətiyyətlilik hakimdir.

Prezident xalqının lideridir. Hər dövlət başçısı bunu bacarmır. Cənab İlham Əliyev liderliyini həm də səmimiliyi, sadəliyi, alicənablığı ilə qazanmış parlaq simadır.

Tanrı ölkəmizi, xalqımızı, ölkəmizi və xalqımızı hamıdan çox düşünən Prezidentimizi qorusun!”, - Ə.Amaşov "Facebook" səhifəsində yazıb.

Azvision.az

Teqlər: Əflatun-Amaşov