“6000-ə yaxın məhkumla bağlı sənədlərə baxılıb” - Nazirlik

“6000-ə yaxın məhkumla bağlı sənədlərə baxılıb” -    Nazirlik
  14 Fevral 2019    Oxunub:1957
Ədliyyə Nazirliyinin mühüm fəaliyyət istiqamətlərindən olan məhkəmə qərarlarının icrası sahəsində iş həcmi əhəmiyyətli dərəcədə artaraq 2018-ci ildə icra sənədlərinin sayı 873 minə çatıb, onlardan 460 minə yaxınının icrası təmin olunub, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir.
Azvision.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin bu gün keçirilən geniş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə əvvəlki illə müqayisədə 2 dəfədən artıq – 1 milyard 150 milyon manatdan çox vəsait ödətdirilib. Məhkəmə qərarlarının icrasından qərəzli boyun qaçıran 4640 nəfər inzibati məsuliyyətə cəlb olunub, 446 şəxs barəsində cinayət işi başlanılıb.

Diqqətə çatdırılıb ki, dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair sərəncamına uyğun olaraq Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərlə əlaqədar məhkəmələr tərəfindən 6000-ə yaxın məhkum haqqında sənədlərə baxılması təmin edilib, 4200-dən çox şəxs cəzadan tamamilə azad olunub və ya cəza müddətləri azaldılıb.

Nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 673 iş üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 2 milyon manata qədər ziyan istintaqın gedişində ödətdirilib.

Azvision.az



Teqlər: Ədliyyə-Nazirliyi  





Xəbər lenti