Eldar Əzizov restoranların "Tarqovı”nı zəbt etməsinə icazə vermədi - FOTOLAR

  14 Fevral 2019    Oxunub : 1981
Eldar Əzizov restoranların "Tarqovı”nı zəbt etməsinə icazə vermədi - FOTOLAR
Bakının "Tarqovı” adlanan ərazisində fəaliyyət göstərən restoranların yolun hərəkət hissəsini zəbt etməsinin qarşısı alınıb.

Bu barədə AzVision.az -a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, sakinlərin şikayətindən sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov aidiyyəti qurumlara tapşırıq verib.
Vəziyyətlə yerində tanışlıqdan sonra vətəndaşların gediş-gəlişinə mane olan restoranların yolun hərəkət hissəsini zəbt etməsinin qarşısı alınıb. Bundan sonra yol açılıb, keçid təmizlənib.





Kənan Məmmədov
AzVision.az

Teqlər: BŞİH   Tarqovı