Mikayıl Cabbarov ilk dəfə general-leytenant formasında - FOTO

  14 Fevral 2019    Oxunub : 24360
 Mikayıl Cabbarov ilk dəfə general-leytenant formasında - FOTO
Bu gün Vergilər Nazirliyində geniş tərkibli kollegiya iclası keçirilib.

Azvision.az xəbər verir ki, vergilər naziri Mikayıl Cabbarov ilk dəfə general-leytenant rütbəsi ilə xüsusi geyimdə görünüb.
Məlumat üçün bildirək ki, fevralın 9-da Prezident İlham Əliyev vergilər naziri Mikayıl Cabbarova 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.



Qeyd edək ki, I dərəcəli dövlət vergi xidməti müşaviri general-polkovnik, II dərəcəli dövlət vergi xidməti müşaviri general-leytenant, III dərəcəli dövlət vergi xidməti müşaviri isə general-mayor rütbəsini daşıyır.

Bundan öncə isə 2018-ci ilin oktyabr ayının 10-da Mikayıl Cabbarova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilmişdi.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Vergi   Nazir