Nazirlik bir çox ixtisasların ləğv olunduğunu təsdiqlədi - Yenilənib

  14 Fevral 2019    Oxunub : 2593
Nazirlik bir çox ixtisasların ləğv olunduğunu təsdiqlədi - Yenilənib
Nazirlər Kabinetinin “Ali təhsilin bakalavriat (baza ali tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” qaydaları əsasında yeni və ya adları dəyişdirilən ixtisaslara bu il qəbul aparılmayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin şöbə müdiri Yaqub Piriyev deyib. Onun sözlərinə görə, yeni qayda əsasında qəbul 2020-2021-ci tədris ili üçün nəzərdə tutulub.

Şöbə müdiri bildirib ki, bu təsnifatlar 3 il ərzində aparılan təhlillər, tədqiqatlar nəticəsində yaranıb. Y.Piriyev həmçinin əlavə edib ki, magistratura üzrə də gələcəkdə ixtisasların təsnifatı aparılacaq:

“Bakalavriatda olan təsnifat əsasında magistraturada da mövcud ixtisaslara baxılacaq və buna uyğun dəyişiklik ediləcək. Bu il və ya gələn il ərzində prosesə başlanılacaq. Dəyişiklikdən öncə elə ixtisaslar var idi ki, ora 10 il ərzində qəbul aparılmırdı. Bu ixtisasların ləğv olunması məzunlara təsir etməyəcək. Yalnız bu ixtisasların yeni məzmunu hazırlanacaq. Yeni təsnifat əsasında yaradılan ixtisasların 70 faizi Avropada qəbul olunmuş ixtisaslardır. Bu tələbələrin Avropada təhsilini davam etdirmək üçün əhəmiyyətlidir”.

Aytən Zəhra
Azvision.az

Teqlər: Təhsil-Nazirliyi