Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi

   Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
  16 Fevral 2019    Oxunub:2199
ABŞ prezidenti Donald Tramp ölkədə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi barədə sənəd imzalayıb.
Bu barədə Ağ evin mətbuat katibi Sara Sanders "Twitter"də bildirib.

Qeyd edək ki, ABŞ-da fövqəladə vəziyyət rejiminin tətbiqi Trampın Meksika ilə sərhəddə səddin tikintisi üçün 8 milyard dollaradək vəsait almasına yol açacaq. Belə ki, ABŞ Konqresi bu məqsəd üçün prezidentin tələb etdiyi 5,7 milyard dollar əvəzinə yalnız 1,375 milyard dollar ayırıb.

Demokratlar fövqəladə vəziyyət rejiminin tətbiqinə kəskin etiraz ediblər. Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Donald Trampın qərarına qarşı məhkəmədə iddia qaldıracaqlarını bəyan edib.

Azvision.az



Teqlər: ABŞ   Tramp  





Xəbər lenti