“Bazarda qiymətlər gündəlik nəzarətdə saxlanılır”- Şahin Mustafayev

 “Bazarda qiymətlər gündəlik nəzarətdə saxlanılır”-  Şahin Mustafayev
  18 Fevral 2019    Oxunub:3438
"Dövlət tərəfindən ölkədə süni qiymət artımlarının qarşısının alınması üçün tədbirlər görülür".

Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ölkəyə idxal olunan, payı 35 faizdən yuxarı olan idxalçılar, eyni zamanda istehsalda anoloji payı olan istehsalçılar nəzarətdədir və onlar qiymətləri dövlətin razılığı olmadan qaldıra bilməz: "Bu baxımdan süni qiymət artımına yol verilmir, proses nəzarət altındadır. Digər tərəfdən elə sferalar var ki, orada hökmran mövqeyə malik istehsalçılar və ya idxalçılar mövcud deyil. Belə olan hallarda bazar qiymətləri tənzimləyir".

Ş.Mustafayev qeyd edib ki, bazarda qiymətlər gündəlik nəzarətdə saxlanılır. "Bütün zəruri ərzaq məhsullarının qiymətlərinin monitorinqi gündəlik aparılır . Bu günki vəziyyətdə hər hansı süni qiymət artımına rast gəlinmir. Hökmran mövqeyə malik sahibkarlar tərəfindın süni qiymət artımına yol verilməsinin qarşısı daim alınır. Bazar prosesində bəzi qiymətlər arta bilər, aşağı düşə bilər. Bu normal prosesdir. Əsas odur ki, hökümət tərəfindən, aidiyyatı strukturlar tərəfindən nəzarət təmin olunur. Süni qiymət artımı aşkar olunarsa, dərhal müdaxilə olunur, tədbirlər görülür . Digər tərəfdən qiymətlərin artım səbəbləri araşdırılır və zəruri olan hallarda mütləq alətlərlə qarşısı alınır".

Aytən Zəhra
Azvision.az



Teqlər: İstehsalçı   Qiymət-artımı  





Xəbər lenti