“Çörəyin qiymətində dəyişiklik gözlənilmir” - Nazirdən açıqlama

“Çörəyin qiymətində dəyişiklik gözlənilmir” -  Nazirdən açıqlama
  18 Fevral 2019    Oxunub:3752
"Azərbaycan buğdanın bir hissəsini idxal edir və idxal etdiyi ölkələrdə buğdanın qiyməti bir qədər artıb".

Azvision.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında deyib. O, qeyd edib ki, qiymət artımının təsiri Azərbaycanda da hiss oluna bilərdi:
"Amma hökümət tərəfindən zəruri tədbirlər görülüb. Həm buğda idxalçıları, həm çörək bişirən sahibkarlarla, həmçinin ticarət şəbəkələrinin nümayəndələri ilə görüşlər keçirilib, hesablamalar aparılıb. Çörəyin qiymətində hər hansı dəyişiklik gözlənilmir. Lazım olan hallarda hökümət tərəfindən əlavə tədbirlər görüləcək ki, bu qiymətlər alıcılara təsir göstərməsin".

Aytən Zəhra
Azvision.az





Teqlər: Un   buğda   Çörək  





Xəbər lenti