Pensiyalarla bağlı qanuna dəyişiklik edildi

 Pensiyalarla bağlı qanuna dəyişiklik edildi
  19 Fevral 2019    Oxunub:2362
“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilib.

Azvision.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı məsələyə baxılıb. Dəyişiklik əmək pensiyalarının minimum məbləğinin artırılması ilə bağlıdır.
Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Maddənin hazırki mətni isə belədir: “Əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur”.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az






Teqlər: Pensiya   Milli-Məclis  





Xəbər lenti