“Ağsu dolaylarında erməni radio dalğaları eşidilir” - Deputat

  19 Fevral 2019    Oxunub : 945
“Ağsu dolaylarında erməni radio dalğaları eşidilir” - Deputat
"Əgər Londondasansa, sənə Bakıdan gələn zəng başqa ölkədən keçib gəlir. Telefonun ekranında Azərbaycan əvəzinə Rusiya yazılır. Bakıda da elədir. Tutaq ki, Rusiyadan sənə zəng olunur, telefonda başqa nömrə, başqa ölkə görünür. Görünür, kimlərsə bu yolla külli miqdarda vəsait əldə edirlər”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.

O qeyd edib ki, bununla bağlı qanunvericiliyə edilən dəyişiklik vacibdir: “Söhbət telekommunikasiyadan gedirsə, bir məsələni xüsusi qeyd etmək istərdim. Bakıdan çıxıb Hacıqabula çatanda İran radiolarının dalğaları bizim radioları üstələyir, hətta udur. Ağsu dolaylarında erməni radio dalğaları eşidilir, Gəncədən sonra gürcü radio dalğaları hakimdir. Hər bir ölkənin quru sərhəddi olduğu kimi informasiya məkanlarının da sərhədləri var. Ölkəmizin gələcəyi naminə hər iki sərhədimizi qorumalıyıq. Hesab edirəm ki, bununla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmalıyıq”.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Milli-Məclis