Qusarda iki maşın toqquşub, sürücü ölüb

Qusarda iki maşın toqquşub, sürücü ölüb
  19 Fevral 2019    Oxunub:3018
Fevralın 18-də saat 16 radələrində Qusar rayonunun İmamqulukənd kəndi ərazisində rayon sakinləri K.Sultanəliyevin idarə etdiyi “QAZ-31105” və R.Ağakərimovun idarə etdiyi “VAZ-21074” markalı avtomobillər toqquşub.
DİN-in Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nəticədə R.Ağakərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qusar RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Qəza  





Xəbər lenti