AFFA "Səbail"i cərimələyib

AFFA "Səbail"i cərimələyib
  19 Fevral 2019    Oxunub:1938
AFFA İntizam Komitəsi "Səbail" klubunu 2400 manat məbləğində cərimələyib.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb Azərbaycan Premyer Liqasının XVII turunda keçirilmiş "Sabah"la ev matçının klubun səhlənkarlığına görə gec başlamasıdır.

Görüşün birinci hissəsi 3, ikinci yarısı isə 9 dəqiqə gec start götürüb. Bununla bağlı Hakimlər Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub.

Qeyd edək ki, qarşılaşma "Səbail"in 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azvision.az



Teqlər:





Xəbər lenti