Çempionlar Liqasında qolsuz gecə - VİDEO

Çempionlar Liqasında qolsuz gecə -    VİDEO
  20 Fevral 2019    Oxunub:2571
Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.
Azvision.az xəbər verir ki, bu mərhələ çərçivəsində daha iki oyun keçirilib.

"Liverpul" doğma meydanda "Bavariya"nı, "Lion" isə "Barselona"nı qəbul edib. Hər iki görüş qolsuz heç-heçə ilə başa çatıb.



Bununla da komandalar arasında martın 14-də keçiriləcək cavab matçlarına "Bavariya" və "Barselona" sərfəli nəticə ilə çıxacaq.



ÇL-da 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün daha iki qarşılaşma baş tutacaq. "Yuventus" səfərdə "Atletiko"nun, "Mançester Siti" isə "Şalke"nin qonağı olacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Kənan Məmmədov
Azvision.az


Teqlər: UÇL  





Xəbər lenti