DSX-dan narkotik əməliyyatı: 3 kq-a yaxın heroin ələ keçirilib (FOTOLAR)
Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən 1 kq 720 qr “heroin”, 2763 manat və 3 ədəd mobil telefon aşkar olunaraq götürülüb. Həmin cinayətin digər iştirakçısı təqibdən yayınaraq meşə massivində gizlənməyə müvəffəq olub. Qeyd olunan şəxsin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
18 fevral tarixində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Lənkəran rayonunun Vel kəndinin ərazisində xidmət aparan sahil nəzarəti bölməsinin əməkdaşları tərəfindən sahildə kolluqların arasında gizlədilən halda 1 kq 85 qr “heroin” aşkarlanaraq götürülüb. Qeyd olunan faktlar üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Azvision.az
Teqlər: DSX