Minsk qrupunun həmsədrləri İrəvandadır

   Minsk qrupunun həmsədrləri İrəvandadır
  20 Fevral 2019    Oxunub:2045
ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Endryu Şofer, İqor Popov və Stefan Viskonti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına üzrə danışıqlar prosesinin hazırkı vəziyyətini müzakirə etmək və gələcək təmasları razılaşdırmaq məsədilə İrəvana gəliblər.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, səfərləri çərçivəsində həmsədrlərin Ermənistan baş naziri Nikol Paşinyan və xarici işlər naziri Zohrab Mnatsakanyanla görüşləri nəzərdə tutulub.

Qeyd edək ki, Minsk qrupunun həmsədrləri İrəvandan sonra Bakıya gələcəklər. Həmçinin, məhz Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etmək üçün ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak da martın ilk yarısında Azərbaycan və Ermənistana səfər edəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Həmsədr   İrəvan   Qarabağ  





Xəbər lenti