Bakıda bir ailənin 4 üzvü yanıb, 2 yaşlı uşaq ölüb

Bakıda bir ailənin 4 üzvü yanıb,   2 yaşlı uşaq ölüb
  21 Fevral 2019    Oxunub:2442
Bakıda evdə odun sobasının partlaması nəticəsində bir ailənin 4 üzvü yanıb. Hadisə Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunun yaxınlığında hadisə qeydə alnıb.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, fevralın 19-u saat 20:50 radələrində xəsarət alan şəxslər Respublika Yanıq Mərkəzinə gətirilib.

“1990-cı il təvəllüdlü Əliyev Sadiq Həsən oğlunun əl, 1994-cü il təvəllüdlü Əliyeva Nargilə Cəmşid qızının isə ayaq nahiyyəsində yanıq xəsarətləri olub. Onların azyaşlı övladı - 2017-ci il təvəllüdlü Əliyev Məhəmməd Sadiq oğlunun bədəninin 80 faizində 3 və 4-cü dərəcəli yanıq xəsarətləri qeydə alınıb, tənəffüs yolları yanıb. Vəziyyəti ağır olub və dünən 11:20 radələrində dünyasını dəyişib. Qızları 2012-ci il təvəllüdlü Əliyeva Xədicə Sadiq qızınnın isə bədəninin 50-55 faizi yanıb, 3a və 3b dərəcəli yanıq diaqnozu qoyulub. Vəziyyəti ağır stabildir”, - deyə nazirliyin məlumatında bildirib.

Aytən Zəhra
Azvision.az




Teqlər: Partlayış   Səhiyyə-Nazirliyi  





Xəbər lenti