ABŞ “Huawei” istifadə edən ölkələrlə əməkdaşlığı dayandırır

  21 Fevral 2019    Oxunub : 1533
ABŞ “Huawei” istifadə edən ölkələrlə əməkdaşlığı dayandırır
ABŞ Çinin “Huawei” şirkətinin texnologiyalarını tətbiq edən ölkələrlə əməkdaşlıq edə və ya informasiya paylaşa bilməyəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo “Fox Business Network”a müsahibəsində deyib. Bildirib ki, “Huawei” məhsulları təhlükəsizlik baxımından narahatlıq doğurduğu üçün Vaşinqton belə etməyə məcburdur.

Avropadakı və digər regionlardakı millətlər “Huawei” şirkətinin istehsalı olan telekommunikasiya avadanlıqlarını tətbiq etməyin doğurduğu riskləri başa düşməlidirlər. Və başa düşdükləri zaman onlar bu şirkətin sistemlərindən istifadə etməyəcəklər” – Pompeo vurğulayıb.

Qeyd edək ki, ABŞ Çinin dünyaca məşhur “Huawei” telekommunikasiya şirkətinin Çin xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etdiyini iddia edir. Bu səbəbdən də, ötən ilin yayında ABŞ Çinin “ZTE” və “Huawei” şirkətlərinə məxsus kommunikasiya avadanlıqlarının Amerika dövlət qurumları tərəfindən alınması və istifadəsini qadağan edib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: “Huawei”   Çin   ABŞ