Sumqayıtda qəzaya düşənlərin vəziyyəti necədir?

 Sumqayıtda qəzaya düşənlərin vəziyyəti necədir?
  22 Fevral 2019    Oxunub:2435
Sumqayıtda sərnişin avtobusunun divara çırpılması nəticəsində yaralanan 19 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsini davam etdirir.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yaralılardan 6 nəfər reanimasiya, 9 nəfər travmatologiya, 4 nəfər neyrocərrahiyə şöbəsindədir. Onların vəziyyətləri orta ağır və yüngül dərəcəlidir.

Qeyd edək ki, dünən Sumqayıt şəhərində 30 nömrəli müntəzəm xətt üzrə işləyən sərnişin avtobusu əvvəlcə "Prado"ya, daha sonra idarəetməni itirərək binaya çırpılıb. Hadisə nəticəsində 42 sərnişin yaralanıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Sumqayıt   Qəza  





Xəbər lenti