Baş həkim: “Qəzaya düşənlərdən ikisi hamilə qadındır”

 Baş həkim:    “Qəzaya düşənlərdən ikisi hamilə qadındır”
  22 Fevral 2019    Oxunub:2372
Sumqayıt şəhərində avtobus qəzasında yaralanan şəxslərdən bəziləri bu gün evə buraxılacaq.

Bunu Azvision.az -a açıqlamasında Sumqayıt Şəhər Təcili Yardım Xəstəxanasının baş həkimi Rauf Sadıqov deyib. Onun sözlərinə görə, yaralılara baxış keçirilib, vəziyyətləri stabildir.
“Yüngül xəsarət alanlar bu gün evə buraxılacaq, amma ambulator müalicələri davam etdirəcəklər. Ağır xəstələrimiz yoxdur. Sadəcə ağır sınıqlar olub ki, onlar da xəstəxanada müalicə alacaqlar".

Baş həkim qeyd edib ki, qəza nəticəsində xəsarət alanlardan ikisi hamilə qadındır: "Yaralılar arasında iki hamilə qadın var. Biri 3 aylıq hamilədir, boyun nahiyyəsindən travma alıb, vəziyyəti yaxşıdır. Bu gün evə buraxılacaq. Digər qadında ciddi xəsarət qeydə alınmayıb. Sadəcə stress vəziyyətində olduğu üçün düşük ehtimalını nəzərə alaraq doğum evinə göndərilib. Orada nəzarət altındadır”.

Qeyd edək ki, dünən Sumqayıt şəhərində 30 nömrəli müntəzəm xətt üzrə işləyən sərnişin avtobusu əvvəlcə "Prado"ya, daha sonra idarəetməni itirərək binaya çırpılıb. Hadisə nəticəsində 42 sərnişin yaralanıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Sumqayıt   Qəza  





Xəbər lenti